Müğənni Mərdan Kazımov maraqlı hadisə ilə gündəmə gəlib. O, toy məclisinin zalını səhv salaraq başqa şəxslərin toyunda çıxış edib.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı həmin toyun sahiblərindən biri açıqlama verib.
O bildirib ki, əvvəlcə baş verənlərdən xəbərsiz olublar:
“Yoldaşım xaricidir, mən özüm 5 ildir Almaniyada yaşayıram. Mərdan bəyi heç tanımıram, elə bildik restoranın hədiyyəsidir. Sonradan bizə heç nə deyilmədi, ona görə heç birimiz fərqinə varmadıq. Amma toyumuza rəng qatdı, çox xoş oldu”.
Lalə,
BakuPost