Ru
14:36 / 30 Sentyabr 2025

Mərkəzi Bankdan manatla bağlı vacib AÇIQLAMA - AZALIB...

Mərkəzi Bankdan manatla bağlı vacib AÇIQLAMA - AZALIB...
Eye

Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

Bakupost.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,07 bənd, ötən il sentyabrın 1-nə nisbətən isə 0,06 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar