Uzun illərdir aktyorluq fəaliyyəti ilə ekranların ən tanınmış simalarından biri olan məşhur türkiyəli aktrisa Beren Saat musiqi karyerasına başlayıb və ilk mahnısını təqdim edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Beren Saatın musiqi aləmindəki ilk işi "CapitaliZoo" adlanır. Elektron pop janrında ərsəyə gələn mahnı istər musiqi quruluşu, istərsə də konsepsiyası ilə diqqət çəkir. Mahnının ingilis dilində səsləndirilməsi layihənin beynəlxalq dinləyici kütləsinə xitab etmək məqsədindən xəbər verir.