Ru
23:52 / 12 Fevral 2026

Epşteynlə əlaqələrinə görə o da cinayət məsuliyyətinə cəlb oluna bilər

Epşteynlə əlaqələrinə görə o da cinayət məsuliyyətinə cəlb oluna bilər
Eye

Böyük Britaniya polisi Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor və maliyyəçi Ceffri Epşteyn arasında əlaqələrə dair yeni iddiaların araşdırılması üçün Prokurorluğu Xidməti ilə müzakirələr aparır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, keçmiş şahzadə Endryu gizli şəkildə Böyük Britaniya hökumət sənədlərini Epşteynə göndərmiş ola bilər. Polis hazırda Endryu cinayət törətməkdə şübhəli görülüb-görülmədiyini və tammiqyaslı araşdırmanın tələb olunub-olunmadığını müəyyən etməyə çalışır.
Polisdən əlavə ediblər ki, keçmiş şahzadənin dövlət vəzifəsindəki qanun pozuntuları ilə bağlı iddiaların qiymətləndirilməsi xüsusi diqqətlə aparılmalıdır.
Xatırladaq ki, keçmiş şahzadə Endryu ilə bağlı qalmaqal 2019-cu ildə, kral ailəsinin Epşteyn üçün işləyən Virciniya Cuffre ilə münasibətləri ictimaiyyətə məlum olduqda baş verib. Xatirələrində o, Endryu ilə 17 yaşında cinsi əlaqədə olduğunu açıqlamışdı. 2025-ci ilin oktyabrında III Çarlz kiçik qardaşını son titullarından və şərəflərindən məhrum etdi və onu kral iqamətgahından çıxarmaq qərarına gəldi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar