ABŞ-nin Harvard Universitetinin sabiq professoru, tanınmış kimyaçı Çarlz Liberin Çində süni intellekt əsaslı hərbi layihə üzərində çalışdığı iddia olunur.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, alim hazırda Şenjen şəhərində yerləşən neyrotexnologiya institutunda fəaliyyət göstərir. Onun əsas işi beyin-kompüter əlaqələri üzərində qurulub. Bu texnologiya vasitəsilə əsgərlərin düşünmə sürətinin, qərarvermə qabiliyyətinin və döyüş zamanı reaksiyalarının artırılması hədəflənir.
İddialarda bildirilir ki, bu layihə Çində strateji prioritet sayılır və Çin Kommunist Partiyası tərəfindən dəstəklənir. Məqsəd gələcəkdə süni intellektlə idarə olunan, daha sürətli və effektiv hərbi qüvvə yaratmaqdır.
Qeyd olunur ki, Liber ABŞ-də Çinlə əlaqələrinə görə daha əvvəl məhkum edilib və sonradan akademik fəaliyyətini dayandıraraq Çində fəaliyyətini genişləndirib. Bu səbəbdən onun yeni layihəsi beynəlxalq səviyyədə diqqət çəkir və genic müzakirələrə səbəb olub.
Röya Rizvanzadə, BakuPost