Ru
16:48 / 24 İyul 2025

Məşhur marketdə saxta araqlar aşkarlandı - FOTO

Məşhur marketdə saxta araqlar aşkarlandı - FOTO
Eye

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən Sərxan Qurbanəli oğlu Süleymanova məxsus “Ay Store” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakupost.az -a verilən məlumata görə, yoxlama zamanı marketdə 6 ədəd 1 litrlik, 7 ədəd 0,7 litrlik və 8 ədəd 0,5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb.

Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış göstərildiyi (istehsalçı adı və VÖEN) müəyyən olunub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.

Məşhur marketdə saxta araqlar aşkarlandı - FOTO
Məşhur marketdə saxta araqlar aşkarlandı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar