Ukrayna Təhlükəsizlik Xidməti məşhur rusiyalı reper Timatini (əsl adı - Timur Yunusov - red.) axtarışa verib.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Timati 1 iyul tarixində axtarışa verilib. İyunun 13-də Ukrayna tərəfi reperə qarşı Kiyevin nəzarətində olmayan ərazilərə giriş qaydalarının pozulması maddəsi ilə qiyabi ittiham irəli sürüb.