Ru
10:40 / 21 İyul 2026

Messi Argentina millisindən ayrılır

Messi Argentina millisindən ayrılır
Eye

Argentina millisinin hücumçusu Lionel Messi yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.

"Bakupost" Qol.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Hernan Kastilyo sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 39 yaşlı futbolçu DÇ-2026-nın finalından əvvəl paltardəyişmə otağında komanda yoldaşlarına emosional çıxış edərək İspaniya ilə oyunun onun Argentina millisində son matçı olacağını açıqlayıb.

Qeyd edək ki, Argentina finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Messi turnirdə 8 qol vurub, 4 məhsuldar ötürmə edib. O, həmçinin dünya çempionatları tarixində 20 qol həddini keçən ilk futbolçu olub, yarışın ən yaxşı assistenti və ən çox oyun keçirən futbolçusu rekordunu da yeniləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar