Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə matçda iki rekord müəllifi olub.
"Bakupost" QOL.az-a istinadla xəbər verir ki, argentinalı ulduz sözügedən oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb.
"Opta" nəşrinin məlumatına görə, o, bununla dünya çempionatlarında vurduğu qolların sayını 21-ə çatdıraraq turnirin tarixində ən yaxşı bombardir olub. Messi bu göstəricidə Miroslav Klozeni geridə qoyub.
Messi eyni zamanda mundiallardakı məhsuldar ötürmələrinin sayını 9-a yüksəldib və dünya çempionatları tarixinin ən yaxşı ötürmə müəllifi adına yiyələnib.
Qeyd edək ki, matç Argentina yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.