DÇ-2026-nın 1/8 final mərhələsində Argentina - Misir milliləri qarşılaşıb.
"Bakupost" xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da matç start götürüb.
Matçın 16-cı dəqiqəsində Misirin oyunçusu Yasser İbrahim hesabı açıb: 0 - 1
İkinci hissədə təzyiqi artıran Argentina millisi əks-hücum zamanı qapısında 2-ci qolu görüb. Bu dəfə Mostafa Ziko fərqlənib.
Son dünya çempionları 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Romero başla dəqiq oynayıb: 2:1.
83-cü dəqiqədə cənubi amerikalılar hesabı bərabərləşdirib. Səhnəyə Argentinanın ulduzu Leo Messi çıxıb: 2:2.
90+2-ci dəqiqədə Argentina daha bir qol vurub. Lautaro Martinezin ötürməsindən sonra Enzo Fernandez topu başla qapıdan keçirib: 3:2.
Matç bu hesabla başa çatıb və Argentina millisi 0:2-dən geridönüş edərək adını 1/4 final mərhələsinə yazdırıb.
Qeyd edək ki, oyunun qalibi 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.