Ru
16:23 / 17 Oktyabr 2025

Metropoliten rəhbəri onu da işdən çıxardı - Cəmi 7 ay vəzifədə oldu

Metropoliten rəhbəri onu da işdən çıxardı - Cəmi 7 ay vəzifədə oldu
Eye

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.

Bakupost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun Əmri ilə departament rəisi Aqil Allahverdiyev tutduğu vəzifədən azad olunub.
Ətraflı

Qurumdan bildirilib ki, o, karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatırladaq ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, son aylar V.Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin olunan vəzifəli şəxslərin kütləvi şəkildə işdən çıxmaları barədə məlumatlar yayılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar