Livanda 10 il istintaq təcridxanasında saxlanılan Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb.
Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu barədə adını açıqlamayan məhkəmə rəsmisi məlumat yayıb.
Məlumata görə, hakim Hannibal Qəddafinin 11 milyon dollar girov qarşılığında azad olunmasına və onun ölkəni tərk etməsinə qadağa qoyulmasına qərar verib.
Qeyd edəki ki, Hannibal Qəddafi 2015-ci ildən Livanda həbsdə idi. O, 1978-ci ildə itkin düşən livanlı şiə ruhanisi Musa əs-Sədrin yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunurdu.