Ru
15:29 / 17 Oktyabr 2025

Beyləqanda məktəbli qız sirkədən zəhərləndi

Beyləqanda məktəbli qız sirkədən zəhərləndi
Eye

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Bakupost.az “Qafqazinfo”nun xəbərinə görə, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən isə bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar