Ru
16:20 / 17 Oktyabr 2025

Putin Macarıstanda HƏBS EDİLƏCƏK? - Rəsmi AÇIQLAMA

Putin Macarıstanda HƏBS EDİLƏCƏK? - Rəsmi AÇIQLAMA
Eye

Rusiya prezidenti Vladimir Putinin Budapeştə səfəri zamanı ona Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilmiş həbs qərarı tətbiq edilməyəcək.

Bakupost.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz Vladimir Putini qəbul edib, uğurlu danışıqları təmin edəcəyik və onun ölkəsinə qayıtmasını təmin edəcəyik”, - Siyarto açıqlamasında deyib.

Qeyd edək ki, cümə axşamı Tramp Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Macarıstan paytaxtında görüşmək barədə razılığa gəldiklərini bildirib. Lakin görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

Macarıstan Roma Əsasnaməsini rəsmi olaraq ratifikasiya etsə də, ölkə hakimiyyəti ukraynalı uşaqların deportasiyası ilə bağlı Putinə qarşı BCM-nin həbs orderini icra etməyəcəyini hələ 2023-cü ildə bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar