Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib ki, Rusiya ordusunun hava hücumundan müdafiə sistemi Krım üzərində səhvən öz hərbi təyyarəsini – Su-30SM-ni vurub.
Bakupost.az musavat.com-a istinadla xəbər verir ki, hadisə oktyabrın 17-nə keçən gecə Ukrayna dron hücumlarını dəf etmək cəhdi zamanı baş verib. Pletençukun sözlərinə görə, Rusiya HHM qüvvələri hədəfi səhv müəyyənləşdirərək, öz qırıcı təyyarəsini vurub.
Bundan əlavə, Gvardeysk rayonu istiqamətində baş verən gecə zərbələrindən sonra “ATAN” yanacaqdoldurma şəbəkəsinə məxsus neft bazasında güclü yanğın başlayıb.
Yerli mənbələr yanğının uzun müddət söndürülə bilmədiyini, partlayışların səsinin isə yaxın yaşayış məntəqələrində eşidildiyini bildirir.
Hadisə Rusiya ordusunun Krımda hava hücumlarına qarşı müdafiə sistemində koordinasiya problemlərini bir daha gündəmə gətirib.
Hər canlı, xüsusilə şürlu görünən insan özünü eyni cəmiyyətin adekvat üzvü təqdim etsə də, bəzilərində hədsiz *Yekəlik*, *Böyüklük* (öyrətmən, rəhbər yox?) liderlik cəhdləri elə Rəhbər-Lider təyinatından sonra səriştə-münasibət və qabiliyyətinin yaxın ətrafı ilə hökmdar hərisliyinin nümayişini gizlədə bilmir? Kreml SSRİnı hər mötivdən azadlıq şüuru ilə *bitişikləri* belə buraxdısa, nədən *varis* Kreml bəzilərinin hətta hərbi *işğalına rəvac verdi*? Bütün dövlət liderləri üzrə ən səmərəli-effektiv idarəçiliyə Konstitusion and-vəd versələr də tezliklə sərhəddən o tərəfə *qonşunun qamışlığına belə daş atmaqla* oğurluq, hərbi terror cinayətlərinə başlayırlar? RF Krım adası, ya Respublikasından çoxmu asılıdır ki, onu sonradan işğal etdi? Azərbaycanın işğalına insan, maddi və hərbi məsrəfləri kənara qoyaq! Azərbaycanlı ailələrinin ilk üç illik işğal dövründə itirdiklərinin bərpası belə 33 illik işğal müddətinə deyil, sonra 50, yüz ilə tam hazır bərpası ilə öz bəhrəsini verməsi real görünsə də, çox uzaq deyilmi? Azərbaycan, təbii ehtiyat sərvətlərini öz emalına da yox, (xammal kimi axıtmaqla?) ixracla öz iş-vətəndaş işçisinə *qapalı* (blokadda) sayılan Ermənistandan ikiqat yüksək deyil, daha aşağı əmək haqqı verə bilir?