Ru
16:21 / 06 Oktyabr 2025

Milyarder Süleymanovun 3 şəriki saxlanıldı

Milyarder Süleymanovun 3 şəriki saxlanıldı
Eye

Dağıstanda qətl planı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı, milyarder İbrahim Süleymanovun azı üç şəriki saxlanılıb.

Bakupost.az Axar.az- a istinadən xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər 2021-ci ildə qətlə cəhd hadisəsində iştirak ediblər.

İstintaqın versiyasına görə, qətl cəhdi məhz İbrahim Süleymanovun göstərişi ilə həyata keçirilib. Lakin cinayət başa çatdırıla bilməyib və qurban sağ qalıb.

Xatırladaq ki, İbrahim Süleymanov iki qətldə və bir qətlə cəhddə ittiham olunur. Hazırkı ittihamlar sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar