Ru
09:44 / 11 Avqust 2025

MİQ-də vakansiya seçimi başa çatır: Az qaldı

MİQ-də vakansiya seçimi başa çatır:  Az qaldı
Eye

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi bu gün yekunlaşır.

Bu barədə Bakupost.az -a Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Belə ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini yekunlaşdırmalıdırlar.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar