Ru
18:24 / 05 Noyabr 2025

Misir Mərdanov yenidən nazir olmaq istəyir? - AÇIQLAMA

Misir Mərdanov yenidən nazir olmaq istəyir? - AÇIQLAMA
Eye

Mətbuatda sabiq təhsil naziri, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən professor Misir Mərdanovla bağlı iddialar yayılıb.

İddialara görə, guya o, elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inanır və professor nazir postuna özünü ən real namizəd sayır.

Bakupost.az xəbər verir ki, sabiq nazir iddialarla bağlı Modern.az açıqlamasında keçmiş postuna qayıtmaq arzusunda olmadığını bildirib.

"Mənə elə gəlir ki, bu iddialar böhtan xarakterlidir. Mənim belə arzu və istəyim ola bilməz. Mən hazırda öz işimin başındayam, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq çalışıram. Yenə deyirəm, bu iddialar böhtandır və camaatın başını qatmaq məqsədi daşıyır".

Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri postunda olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar