Bakıda tualetə girmək üstündə qadınlarla dalaşan kişi həbs olunub.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
42 yaşlı Süleyman Qədirov (ad və soyad şərtidir) dostları ilə kafedə spirtli içki içəndən sonra sərxoş olub. O, təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı dərzi sexinə girərək, sanitar qovşaqdan istifadə etmək istəyib. Lakin qadınlar onu tanımadıqları üçün içəri girməsinə icazə verməyiblər. Nəticədə Süleyman sərxoş halda səs-küy salaraq, onlarla mübahisə edib. Bu zaman səs-küyə gələn polislər Süleymana irad bildirib onu dayandırmağa çalışsalar da, o, məhəl qoymayıb və qanunsuz hərəkətlərinə davam edib.