Ru
18:15 / 05 Noyabr 2025

Qarabağ – “Çelsi”: Əsas rəqəmlər və faktlar

Qarabağ – “Çelsi”: Əsas rəqəmlər və faktlar
Eye

Çempionlar liqasının növbəti turunda bu gün Ağdamın “Qarabağ” komandası Londonun “Çelsi” klubu ilə qarşılaşır. İngilis klubunun rəsmi səhifəsində ümumilikdə bu oyun və hər iki klubun tarixinə işıq salan geniş yazı dərc olunub.

Bakupost.az xəbər verir ki, yazıda UEFA Çempionlar Liqasının dördüncü turunda “Çelsi”nin səfərdə — “Stamford Bric”dən 2 500 mil (4000 km-dən çox) uzaqda “Qarabağ”ın qonağı olacağı vurğulanır:

"Görüş öncəsi komandalarla bağlı diqqətçəkən statistik göstəricilər belədir:

Ümumi göstəricilər

Komandalar iki dəfə 2017/18 mövsümündə qarşılaşıb. O vaxt “Çelsi”ni italiyalı Antonio Konte çalışdırırdı. London təmsilçisi “Stamford Bric”də 6:0 hesabı ilə qalib gəlmişdi. Qollar Pedro, Zappakosta, Aspilikueta, Bakayoko və Batşuayidən, həmçinin Maksim Medvedevin avtoqolundan gəlmişdi.

Bakıda baş tutan cavab oyununda isə “zadəganlar” 4:0 hesablı qələbə qazanmışdı. Qolları Eden Hazard (penalti), Fabreqas (penalti) və Uillian (2) vurmuşdu.

Bu, London klubunun Bakıya üçüncü səfəri olacaq. Komanda 2019-cu ildə Avropa Liqasının finalında “Arsenal”ı 4:1 hesabı ilə məhz Bakı Olimpiya Stadionunda məğlub etmişdi. Bu dəfə oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

“Çelsi” statistikasında önəmli məqamlar

London klubu tarixində 20-ci dəfədir ki, Çempionlar Liqasında çıxış edir. Son 8 mövsümdə hər dəfə qrupdan çıxıb.

Son 26 Avrokubok matçında cəmi 3 dəfə uduzub (“Yuventus” 2021, “Dinamo Zaqreb” 2022, “Bavariya” 2025).

“Çelsi” ardıcıl beşinci səfər qələbəsini qazanmağa çalışacaq.Komanda son 18 Avrokubok oyununda qol vurub.
“Ayaks” üzərində 5:1 hesablı qələbə “Çelsi”nin Çempionlar Liqasındakı 200-cü oyununa təsadüf edib. Bu görüşdə klub tarixində ilk dəfə eyni matçda üç yeniyetmə futbolçu qol vurub.
Ən gənc heyət – “Ayaks”a qarşı (orta yaş 22)start heyəti olub.
Yubiley qolu: Növbəti qol “Çelsi”nin turnirdəki 350-ci qolu olacaq.

Qarabağ – faktlar və formadakı göstəricilər

Ötən mövsüm Azərbaycan Premyer Liqasının çempionu olub, kubokda “Sabah”a (2:3) uduzub.
Ağdamlılar ilk dəfə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi.
Bu mövsüm “Ferentsvaroş”u 5:4 ümumi hesabla keçərək 8 ildən sonra yenidən əsas mərhələyə düşüb.
“Qarabağ” Çempionlar Liqasında qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu olub – “Benfika” səfərində 3:2.
Bu mövsüm turnirdə 9 oyunun 7-də qalib gəlib.
Son 6 avrokubok matçında 16 qol vurub, Leandro Andrade 4 oyunda fərqlənib.
İngilis klublarına qarşı keçirdiyi 7 oyunun hamısında uduzub (cəmi fərq – 1:21).
Cari mövsüm nəticələri:
“Benfika” (səfərdə) 3:2, “Kopenhagen”ə (evində) 2:0 qalib gələn “Qarabağ” Atletik Bilbaoya (evində) 1:3 məğlub olub.
Baş məşqçi Qurban Qurbanov 2008-ci ildən komandaya rəhbərlik edir.

Oyunu Avstrilyalı hakimlər heyəti idarə edəcək.
Baş hakim: Sebastyan Gişamer;
Köməkçilər: Roland Ridel, Santino Şrayner;
Yan hakimlər: Valter Altman;
VAR: Manuel Şüttengruber

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar