Xəbər verdiyimiz kimi, general-mayor Elmir İbrahimov Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.
Bakupost.az Elmir İbrahimovla bağlı bəzi məlumatları təqdim edir.
Əldə etdiyimiz məlumata görə, yeni rəis əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. E.İbrahimov Birinci və İkinci Qarabağ müharibələrinin işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 25.06.2023-cü ildə Elmir İbrahimova general-mayor hərbi rütbəsi verilib.
Zaur, BakuPost