Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bakupost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.