Bakıda daha bir bazar sökülür...
Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkalar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.
Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlincə isə qeyd olunub ki, obyektlərin müvəqqəti əraziyə köçürülməsi həyata keçirirldiyi üçün onlar arasında hələ ki, narazılıq yoxdur. Sahibklarların məlumatına görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Onlara istədikləri təqdirdə tikinti başa çatdıqdan sonra həmin obyektdə fəaliyyət göstərə biləcəkləri deyilib.
O da bildirildi ki, ərazi özəl mülkiyyətdədir. Bazarın rəhbərliyindən isə kamera qarşısında danışmaq istəyən olmadı.
Sahibkarlar isə ümid edirlər ki, onlara deyilənlər vəd olaraq qalmayacaq, yəni bazarın yerində tikiləcək yeni obyektlərdə fəaliyyət göstərmələri üçün şərait yaradılacaq.