Ru
22:19 / 12 Dekabr 2025

“Nemo” İsrailə görə mükafatdan imtina etdi

“Nemo” İsrailə görə mükafatdan imtina etdi
Eye

2024-cü il “Eurovision” qalibi, isveçrəli müğənni “Nemo” İsrailin müsabiqədə iştirakına etiraz olaraq mükafatından imtina edib.


Bakupost.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


“Bu yarışma ilə əlaqəli cəmiyyətə hədsiz dərəcədə minnətdar olsam da, bu gün bu kubokun mənim rəfimə aid olduğuna artıq inanmıram”, - ifaçı yazıb.

Musiqiçinin sözlərinə görə, BMT-nin müstəqil beynəlxalq komissiyasının bu ölkənin soyqırım törətdiyini müəyyən etməsinə baxmayaraq, yəhudi dövlətinin müsabiqədə iştirakı müsabiqənin hamı üçün birlik, əhatəlilik və ləyaqət ideallarına ziddir.
Qeyd edək ki, dekabrın 4-də Avropa Yayım Birliyi İsrailin “Eurovision”da iştirakına icazə veriləcəyini açıqlayıb. Qərar təşkilatın Cenevrədə keçirilən Baş Assambleyasında keçirilən səsvermədən sonra qəbul edilib.

Bundan sonra İspaniya, İrlandiya, Niderland və Sloveniya “Eurovision”dan çıxdılar. İslandiya da analoji etirazla çıxış edib.

70-ci “Eurovision” Mahnı Müsabiqəsi Vyanada keçiriləcək. Avstriyanın paytaxtı üçüncü dəfə tədbirə ev sahibliyi edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar