Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə Report-a İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.
"CENK RORO" gəmisinin yük avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.
Ölən və yaralananlar barədə məlumat verilməyib.