Ru
21:38 / 12 Dekabr 2025

İmamoğlu bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

İmamoğlu bu tarixdə məhkəmə qarşısına çıxarılacaq
Eye

İstanbul Böyük şəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu da daxil olmaqla, 402 nəfərin məhkəmə qarşısına çıxacağı tarix bəlli olub.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmə baxışı 9 mart 2026-cı il tarixində Mərmərə Cəza İnfaz Müəssisələri Kompleksində yerləşən məhkəmə zalında olacaq.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyük şəhər Bələdiyyəsinə qarşı irəli sürülən ittiham üzrə 105-i həbsdə olmaqla 402 nəfər təqsirli bilinir.

İttiham aktında bələdiyyə sədri Ə.İmamoğlu “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “rüşvət alma”, “cinayət yolu ilə əldə edilmiş pulların yuyulması”, “dövlət qurum və təşkilatlarına qarşı dələduzluq” kimi cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin mart ayında ilə həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar