Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel və onun müavini Con Boncino son həftələrdə ABŞ-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla bir sıra görüşlər keçiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" qəzeti mənbələrə istinadən verib.
Qeyd olunur ki, Umerov son bir neçə həftə ərzində ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkof və digər amerikalı nümayəndələrlə Ukraynada münaqişənin həlli məsələləri üzrə məsləhətləşmələrdə iştirak etmək üçün Florida ştatının Mayami şəhərinə səfər edib.
Mənbələrin açıqladığına görə, ABŞ-də olarkən Umerov FTB-nin direktoru Patellə və onun müavini ilə də qapalı qapılar arxasında görüşlər keçirib.
Bildirilir ki, bu görüşlər Qərb ölkələrinin məmurlarında narahatlıq doğurub, onlar hələ də bu görüşlərin hansı məqsədlə keçirildiyini bilmirlər.