Ru
20:59 / 12 Dekabr 2025

Nərgiz Məhəmmədi həbs olundu

Nərgiz Məhəmmədi həbs olundu
Eye

2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bakupost.az xəbər verir ki, o, ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.

N.Məhəmmədinin Parisdə yaşayan əri Tağı Rəhmaninin "X" sosial şəbəkəsində yazdığına görə, onunla birlikdə daha bir neçə fəal saxlanılıb.

Onun qardaşı Mehdi Məhəmmədi də həbs xəbərini təsdiqləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar