Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk şəhərindən video paylaşıb və bu istiqamətdə mövqelərin qorunduğunu bildirib.
Bakupost.az xəbər verir ki, o, "Telegram" kanalında paylaşdığı videoda Rusiya tərəfinin Kupyanskın ələ keçirilməsi ilə bağlı iddialarına baxmayaraq, bu məlumatın həqiqətə uyğun olmadığını diqqətə çatdırıb.
"Bu gün Kupyansk istiqamətində əsgərlərimiz Ukrayna üçün nəticələr əldə edirlər. Rusiya tərəfi Kupyansk (ələ keçirilməsi) barədə danışırdı. Biz (bunun belə olmadığını) görürük", - Ukrayna lideri vurğulayıb.