Avropa İttifaqı Şurası Rusiyanın suveren aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Danimarkanın Aİ Şurasındakı sədrliyinin bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib.
Avropa Komissiyasının planına əsasən, bu addım Rusiya aktivlərinin sonrakı ekspropriasiyası üçün ilk mərhələdir.