Göygöldə minik avtomobilində yanğın hadisəsi baş verib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus "VAZ 2106" markalı minik maşınında yanğın olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, minik maşını yanğınsöndürən tərəfindən mühafizə edilib. Avtomobilin yanması zamanı xəsarət alan olmayıb. Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.