Ru
10:02 / 13 Dekabr 2025

Xalq şairinin qızı ölkədən qaçan qardaşından danışdı

Xalq şairinin qızı ölkədən qaçan qardaşından danışdı
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan mərhum xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin əməkdaşı Tahir Tahirinin məsuliyyətdən yayınmaq məqsədilə İrana qaçdığı iddia olunur. Bu məsələ görkəmli şairin həyatını yenidən gündəmə gətirib.

Bakupost.az xəbər verir ki, globalinfo.az Xalq şairi Söhrab Tahirin qızı, Tahir Tahirinin bacısı Nəsibə Tahirlə əlaqə saxlayıb.

O, qardaşının Azərbaycandan İrana qaçmasından xəbərsiz olduğunu bildirib.

“Təəssüf ki, bu barədə heç bir söz deyə bilməyəcəm. Çünki bizim çoxdandır ki, onlarla əlaqəmiz yoxdur”, – N.Tahir qeyd edib.

Məlumat üçün bildirək ki, mərhum xalq şairi Söhrab Tahir 27 may 1926-cı ildə İranın Astara şəhərində, Gilan ostanında dünyaya gəlib. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış şair, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub. Daha sonra atası siyasi fəaliyyətinə görə həbs olunub, Kirmanşaha sürgün edilib.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edən S.Tahir 1945-1946-cı illərdə ADF MK-də təşkilat şöbəsində təlimatçı işləyib.


Söhrab Tahir

1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən Bakıya hərbi təhsil almağa göndərilib.

1947-1950-ci illərdə Bakı Diş və Feldşerlik məktəbində təhsil alıb.

1952-1957-ci illərdə isə ADU-nun filologiya fakültəsində oxuyub.

1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub.

“Tahir” və “Azərazər” təxəllüslərindən istifadə edən şair 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor olub. İlk nəsr kitabı 1981-ci ildə işıq üzü görüb.

2002-ci ildən prezident təqaüdçüsü olub. 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Xalq şairi Söhrab Tahir uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Son illərdə xəstəliyi şiddətlənib və nəticədə ayaqlarında qanqrena yaranıb. 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya olunub. Bundan sonra görkəmli şair 4 may 2016-cı ildə vəfat edib.

II Fəxri xiyabanda dəfn olunub.


Tahir Tahiri

Oğlu Tahir Tahiri isə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub. Bu ilin dekabrında DGK-də aparılan əməliyyatlar çərçivəsində Tahir Tahirinin məsuliyyətdən yayınmaq məqsədilə İrana qaçdığı iddia olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar