Ru
14:39 / 15 May 2026

Moskva tarix verdi: İrəvanın taleyi Paşinyansız həll olunur

Moskva tarix verdi: İrəvanın taleyi Paşinyansız həll olunur
Eye

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində Ermənistanın Qərbə meyillənməsi müzakirə oluna bilər”.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, tədbir mayın sonlarında baş tutacaq.

“Avropa İttifaqının (Aİ) Ermənistanı öz təsir dairəsinə çəkmək cəhdləri İrəvanın Aİİ çərçivəsində əldə etdiyi iqtisadi üstünlüklər üçün risk yarada bilər”, – deyə Lavrov bildirib.

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan seçki prosesi səbəbilə sammitdə iştirak etməyə bilər:

“Bu, müzakirələrin tam formatda aparılmaması baxımından təəssüf doğurur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar