Suriyanın keçmiş prezidenti Bəşər Əsəd zəhərlənmə cəhdindən xilas olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Syrian Observatory for Human Rights” (SOHR) təşkilatı mənbəyə istinadən məlumat yayıb.
Qurumdan verilən məlumata görə, hazırda onun vəziyyəti stabildir.
Qeyd olunur ki, sentyabrın 29-da Əsəd Moskvada şəhər kənarında yerləşən xəstəxanadan evə buraxılıb.
Bildirilib ki, xəstəxanada olduğu müddətdə onun ziyarətinə yalnız qardaşı Mahir Əsəd və Prezident İşləri üzrə sabiq baş katib Mənsur Əzzama icazə verilib.
Mənbənin sözlərinə görə, hücumun məqsədi Rusiyanı çətin vəziyyətdə qoymaq və sabiq Suriya liderinin aradan götürülməsinə görə məsuliyyəti Moskvanın üzərinə atmaq olub.
Lalə, Bakupost