Milli Qəhrəman Mübariz İbrahimovun sosial şəbəkədə arxiv videosu yayılıb.
Bakuöost.az xəbər verir ki, kadrlarda M. İbrahimov toyda görüntülənib.
Xatırladaq ki, 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir Mübariz təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.