İstədikləri müəllimin sinfinə salınmadığı üçün 16 uşaq məktəbə getmir...
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Gədəbəyin Arıxdam kənd sakini olan bir qrup valideyn “SIMA” proqramı vasitəsi ilə övladlarını məktəbəhazırlıq qrupuna qeydiyyat keçirib. Valideynlərin sözlərinə görə, məktəb rəhbərliyi tədris prosesini onların seçdiyi ibtidai sinif müəlliminə həvalə etməyib.
Müəllim dəyişkənliyinə görə, də iki aydır ki, azyaşlılar məktəbəhazırlıq qruplarına getmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyinin məktəbəhazırlıq qrupunda tədrisə müvafiq bildiyi müəllim ilk dəfədir ibtidai sinif müəllimi işləyəcək. Bu səbəbdən də özlərinin seçdiyi müəllimi istəyirlər.
Sakinlər bildirirlər ki, məktəb rəhbərliyi yaxın günlərdə valideynlərə rəsmi müraciət ünvanlayıb ki, uşaqları tədrisdən yayındırmasınlar. Valideynlərin seçdiyi müəllim Sədiqə Quliyevanı da dinlədik. Müəllimin sözlərinə görə, uşaqları məktəb rəhbərliyi tədris ocağına buraxmır və onlar müvafiq dərs vəsaitləri ilə təmin edilməyib. Rəhbərlik seçim qoyub ki, ya məktəbin rəva bildiyi müəllim tədris edəcək, ya da valideynlərin özlərinin qərarına qalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.