Ru
10:28 / 09 Fevral 2026

“Müharibə başlasa belə ...” – Tehran uranın zənginləşdirilməsindən imtina etmir

“Müharibə başlasa belə ...” – Tehran uranın zənginləşdirilməsindən imtina etmir
Eye

İran, Omanın paytaxtı Maskatda Tehran və Vaşinqton arasında keçirilən son danışıqlardan iki gün sonra, “müharibə başlasa belə” uranın zənginləşdirilməsini davam etdirəcəyinə sadiq qaldığını bəyan edib.

İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin heç bir şəraitdə “sıfır zənginləşdirmə” prinsipini qəbul etməyəcəyini vurğulayaraq, istənilən danışıqların yalnız İranın öz ərazisində uranı zənginləşdirmə hüququnun tanınması şərti ilə mümkün ola biləcəyini bildirib. Araqçı qeyd edib ki, Tehran sanksiyaların ləğvi qarşılığında etimad quruculuğu tədbirlərini müzakirə etməyə hazırdır.

İran Prezidenti Məsud Pezeşkian Maskat görüşmələrini “irəliyə doğru atılmış addım” kimi dəyərləndirsə də, Məhkəmə-Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini Ejei Vaşinqtonun niyyətlərinə şübhə ilə yanaşdığını ifadə edib. O, danışıqların “vaxt udmaq məqsədilə aldadıcı taktika”ya çevrilməməsi ilə bağlı xəbərdarlıq edib.

Parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Mahmud Nəbəviyan isə görüşmələrdən əvvəl ABŞ-dən daxil olan və “İran daxilində iki nöqtəyə hücum üçün icazə” tələb edən mesajı açıqlayıb. Nəbəviyan açıqlaması, istənilən hücumun ağır cavab veriləcək və qarşı tərəfdə də böyük itkilərlə qarşılanacağı yönündə olub.

Bu arada İsrail Tehran “qırmızı xətləri” aşacağı təqdirdə İranın raket imkanlarına qarşı hərbi əməliyyat həyata keçirə biləcəyi ilə bağlı hədələr səsləndirib. İsrailin energetika naziri Eli Koen ABŞ ilə İran arasında əldə oluna biləcək istənilən razılaşmanı “dəyərsiz” adlandıraraq, razılaşma baş tutsa belə Tehranla hərbi toqquşma ehtimalının qalmaqda davam etdiyini iddia edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar