Ru
13:04 / 10 Oktyabr 2020

Müharibəni Əliyev bitirəcək

3482

Şahbaz Xuduoğlu

İlham Əliyev bu konflikti gələcək nəsillərə saxlamayacaq. İqtisadi və hərbi gücünə görə regionda lider olan bir dövlət güzəştə getməli deyil.

Ruhdan düşmək olmaz. Hətta bütün torpaqlarımızın azad olması da müharibənin bitməsi demək deyil.
Əliyev çox parlaq bir mövqe qoydu ortalığa; həm hərbi, həm də diplomatik. O, mövqeyini daha möhkəmləndirmək, dediklərini həyata keçirmək üçün bütün imkanlarını səfərbər edəcək. Çünki dedikləri hələ ki, həyata keçməyib. Qarabağ münaqişəsini o bitirəcək.

Bəli, Qarabağ azad edilməlidir, Azərbaycan torpaqları geri qayıtmalıdır, Türkiyə tərəf kimi Minsk qrupuna daxil olmalıdır, Paşinyan xalqımızdan üzr istəməlidir.
Türkiyə yanımızda qalmalıdır. Yalnız mənəvi yox, bütün imkanları ilə. Bu, xalqımızın mövqeyidir.

13 günlük müharibəni Azərbaycan uddu, nümunəvi hərbi bacarıq göstərdi. Bu müharibə mütləq hərb tarixinə qızıl hərflərlə yazılacaq. Qarabağın yüksək nöqtələrinə qədər ordumuz irəlilədi; daha ordan düşmək olmaz - Nə ruhən, nə də real.

Möhtəşəm əsgərlərimiz o zirvələri, əhalimiz isə bu birliyini, ruh yüksəkliyini qorumalıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər