Venesuelanın müxalifət lideri Mariya Korina Maçado ABŞ-ın keçmiş prezidenti Donald Trampı ölkədəki hadisələrə görə Nobel Sülh Mükafatı ilə təbrik etməyə hazır olduğunu bildirib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Maçado açıqlamasında Trampın Nikolas Maduronun həbsi ilə bağlı addımlarını tarixi adlandırarıb və bunu Venesuelada demokratik keçidə böyük töhfə kimi qiymətləndirib.
Maçado 2025-ci ilin oktyabrında Venesuelalıların demokratik hüquqlarını irəlilətmək sahəsindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatı ilə təltif olunub. Maçado Trampın ölkədə hüququn bərpası və demokratik proseslərin təşviqi istiqamətindəki rolunu vurğulamaq üçün həmin mükafatı ona təqdim etmək niyyətindədir.
Donald Tramp uzun illərdir özünün xarici siyasət təşəbbüslərini Nobel Sülh Mükafatına layiq hesab etdiyini bildirir. Prezidentliyi dövründə bir neçə dəfə Nobelə namizəd göstərilsə də, mükafatı hələ əldə etməyən Tramp bunu “ədalətsizlik” adlandırıb. Son aylarda isə Trampın bu mövzuya yenidən diqqət çəkməsi, onun siyasi nüfuzunu artırmaq və media diqqətini cəlb etmək strategiyası kimi qiymətləndirilir.
Maçadonun Trampı təbrik etməsi Venesueladakı siyasi böhran fonunda müxalifətin ABŞ-ın rolunu dəstəklədiyini göstərən diqqətçəkən bir hadisədir. Bu, həmçinin Trampın Latın Amerikasında nüfuzunu artırmaq cəhdləri ilə də bağlıdır.
Cavid, BakuPost