Ru
13:30 / 06 İyun 2026

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşdü - FOTO

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşdü - FOTO
Eye

Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb.

Bakupost.az xəbər verir ki, görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib.


Müzakirələr zamanı gənclərin peşəkar inkişaf perspektivləri, yüksək texnologiyalar sahəsində mövcud imkanlar, innovativ təşəbbüslərin təşviqi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Dövlət Proqramı məzunları ilə bu cür görüşlərin davamlı xarakter daşıyacağını vurğulayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar