Ru
17:33 / 29 Oktyabr 2025

Nazirlik "New Med"i plandankənar yoxladı - Pozuntular aşkarlandı

Nazirlik "New Med"i plandankənar yoxladı - Pozuntular aşkarlandı
Eye

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Nərimanov rayonu, Akademik Həsən Əliyev küməsi 29 ünvanında yerləşən "New Med" klinikasında plandankənar (növbədənkənar) yoxlama aparılıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, özəl tibbi müəssisəsində keçirilən plandankənar yoxlama zamanı həkimlərin sertifikatsız özəl praktik tibbi fəaliyyətli ilə məşğul olması faktı aşkarlanıb.

Məhkəmənin hökmü ilə "New Med” klinikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 min manat cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar