Aktrisa Pamela Anderson makiyajdan imtina etməsinin səbəbini açıqlayıb.
Bakupost.az “People”ə istinadən xəbər verir ki, 58 yaşlı aktrisa bu addım sayəsində həm daha çox vaxt qazandığını, həm də özünəinamının artdığını bildirib.
“Bunun üzərində işləmək lazımdır. Bu, makiyajlı və ya makiyajsız evdən özünə əminliklə çıxmağı öyrədən bir bacarıqdır. Sadəcə düşündüm ki, bu dəli qatarından tullanmaq lazımdır. İlk tullananlardan biri olmaq və gerçəkdə nə baş verdiyini görmək istəyirəm”, – deyə Anderson qeyd edib.
Pamela Anderson ilk dəfə yeni imici ilə sentyabrın 30-da Parisdə keçirilən ictimai tədbirdə görünüb. Aktrisa “One Of” brendinin fildişi rəngli, qolsuz atlas paltarı ilə tədbirə qatılıb.
Daha əvvəl Pamela Andersonun yeni görünüşü bəzi pərəstişkarları tərəfindən tənqid olunub.
Cavid, BakuPost