Ru
16:29 / 09 Sentyabr 2025

Nepalda çevriliş – Etirazçılar hakimiyyəti ələ aldılar – VİDEO

Nepalda  çevriliş – Etirazçılar hakimiyyəti ələ aldılar – VİDEO
Eye

Nepal prezidenti Ram Çandra Paudel ölkədə iğtişaşlar fonunda istefa verib.

Bakupost.az xəbər verir ki, bu barədə “İndia Today” məlumat məlumat yayıb.

Bundan əvvəl Nepal Baş naziri Şarma Oli istefa vermişdi. Onun həyat yoldaşı etirazçıların Baş nazirin evinə hücumundan sonra vəfat edib.

Məlumata görə, etirazçılar qadını evin içərisində kilidləyərək evi yandırıblar.

“Qadın ağır yanıq xəsarətləri ilə Kirtipur yanıq xəstəxanasına çatdırılıb, lakin müalicə zamanı aldığı xəsarətlər səbəbindən həyatını itirib”, — deyə materialda qeyd olunur.

Qeyd edək ki, Nepalda etirazların əsas səbəbi sosial şəbəkələrin qadağan edilməsi olub. Bu qərar gənclər, xüsusilə də "Z nəsli" tərəfindən sərt qarşılanıb və bardağı daşıran son damla sayılıb.

Lakin narazılıq təkcə bu qərarla məhdudlaşmayıb. Bildirilib ki, uzun müddətdir ölkədə yüksək korrupsiya, kütləvi işsizlik, və kast sisteminə bənzər sosial ədalətsizlik gənclər arasında dərin narazılıq yaradıb. Bu proses mediada artıq “Z nəsli inqilabı” kimi tanınmağa başlayıb.


Aysel,
BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar