Ru
20:35 / 09 Sentyabr 2025

Dohada HƏMAS-ın 6 yüksək rütbəli rəsmisi ölüb - KİV

Dohada HƏMAS-ın 6 yüksək rütbəli rəsmisi ölüb - KİV
Eye

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinə hücumu nəticəsində hərəkatın 6 yüksək rütbəli rəsmisinin öldüyü ehtimal edilir.

Bakupost.az xəbər verir ki, bu barədə "Kanal 12"yə İsrail təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.

Telekanalın məlumatına görə, hücumun nəticələri dəqiqləşdirilir.

Mənbə bildirib ki, ilkin ehtimala görə, HƏMAS-ın 6 yüksək rütbəli üzvü öldürülüb.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar