Ru
19:06 / 09 Sentyabr 2025

Türkiyə və İrandan İsrailin Doha hücumuna - REAKSİYA

Türkiyə və İrandan İsrailin Doha hücumuna - REAKSİYA
Eye

Türkiyə Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Dohada “İsrailin HAMAS-ın danışıqlar qrupuna hücumunu pisləyib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Atəşkəs danışıqları zamanı HAMAS-ın danışıqlar qrupuna hücum İsrailin məqsədinin sülhə nail olmaq deyil, müharibəni davam etdirmək olduğunu nümayiş etdirir”, - bəyanatda qeyd olunub.

Bəyanatda deyilib ki, “atəşkəs danışıqlarında vasitəçilik edən Qətər bölgədə İsrailin hücumuna məruz qalan ölkələr sırasına əlavə edilib”: “Qətərin suverenliyinə və təhlükəsizliyinə qarşı bu mənfur hücuma qarşıyıq. Biz bir daha beynəlxalq ictimaiyyəti Fələstində və regionda davam edən təcavüzün dayandırılması üçün İsrailə təzyiq göstərməyə çağırırıq”.

İran XİN-in sözçüsü İsmayıl Bəqayi də İsrailin Dohada HAMAS hərəkatının nümayəndələrinə “hücumunu pisləyib”, bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. O qeyd edib ki, bu, bütün beynəlxalq normaları, eyni zamanda, Qətərin suverenliyini və ərazi bütövlüyünü pozur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar