Ru
16:18 / 28 İyun 2026

Nəriman Həsənzadənin SON DURUMU: “Həkimlər ayılmasını gözləyirlər”

Nəriman Həsənzadənin SON DURUMU: “Həkimlər ayılmasını gözləyirlər”
Eye

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.


Bakupost.az xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib. O bildirib ki, şairin müalicəsi davam etdirilir, onun huşu özündə deyil:

“İyunun 12-də Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Son 5 gündə vəziyyəti lap pisləşdi. Bu müddət ərzində huşu özündə olmadı, yatılı vəziyyətdə oldu. Ancaq dünəndən həkimlər yuxu ilə bağlı dərmanları dayandırıblar. Həkimlər onun ayılmasını gözləyirlər. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar