Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.
Bakupost.az xəbər verir ki, bu barədə Lent.az-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.
Onun sözlərinə görə, hazırda həkimlər kreatin səviyyəsini aşağı salmaq üçün intensiv müalicə aparırlar.
Qeyd edək ki, şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.
Xatırladaq ki, Nəriman Həsənzadə 50 günə yaxındır xəstəxanada müalicə alır.