Özbəkistanda elektron siqaret (veyp) istifadəsi qadağan olundu.
Bakupost.az xəbər verir ki, ölkə prezidenti Şövkət Mirziyoyev alkoqol və tütün məmulatlarının istehlakının məhdudlaşdırılmasına dair qanuna edilən dəyişiklikləri imzalayıb. Həmin qanunla ölkədə elektron siqaretlər və “nikotinin digər çatdırılma sistemləri” qadağan olunub.
Elektron siqaretlərə qoyulan qadağanı pozan şəxsləri 10.3-17.2 min dollar (17.5-30 min manata qədər) cərimə, islah işləri və ya beş ilədək azadlıqdan məhrumetmə kimi cinayət məsuliyyəti gözləyir.
Cavid, BakuPost