Ru
13:36 / 28 Noyabr 2025

İki aydan çoxdur dənizdə itkin düşən həkimin AİLƏSİ – “Öldüyünə artıq əminik, nəşini istəyirik”

İki aydan çoxdur dənizdə itkin düşən həkimin AİLƏSİ – “Öldüyünə artıq əminik, nəşini istəyirik”
Eye

Sentyabrın 27-dən gəmidə itkin düşmüş 33 yaşlı həkim – Tural Sultanov hələ də tapılmayıb, amma ailəsi onun öldüyündən artıq əmindir.

Bakupost.az xəbər verir ki, əmisi qızı Ağanisə Sultanovanın Bizim.Media-ya verdiyi məlumata görə, iki aydan artıqdır itkin düşmüş Turalın nəşinin tapılmasını gözləyirlər:


“Peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Amma onun olduğu gəmidən quruya qədər 160 km-lik məsafə olub. Tam dənizin ortası! Biz mütəxəssislərdən də soruşduq, soyuq, dalğalı sularda bu qədər məsafəni üzə-üzə qət edə bilməzdi. Peşəkar üzgüçü üçün belə bu, qeyri-mümkündür. Sağ olsaydı da bu qədər vaxta ondan bir xəbər çıxardı. Tural həmin gün gəmidən heç yerə getməyib. Demək ki, batıb... Bunu çox böyük acıyla, təəssüflə bildiririk. Bizim də indi istəyimiz odur ki, nəşi tapılıb verilsin”.

A.Sultanovanın sözlərinə görə, hazırda hadisənin necə baş verməsi və onun nəşinin tapılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar gedir.

“Turalın gəmidə olarkən kameraya düşmüş görüntüləri, zəngləri və s. hamısı hazırda Prokurorluqdadır. Araşdırmalardan sonra məlumat açıqlanacaq”.

Qeyd edək ki, peşəkar idmançı olmaqla yanaşı Tural Sultanov həkim kimi Leyla Şixlinskaya klinikasında da fəaliyyət göstərirdi. Sonuncu dəfə gəmidə olarkən klinika ilə danışıb. Həkimin itkin düşməsindən sonra xilasetmə əməliyyatlarına başlanılıb, 5 gəmi və helikopterlə axrarışlar həyata keçirilib. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar