Ru
19:01 / 24 İyul 2025

Netanyahu danışıqlarda iştirak edənlərə çağırış etdi: İsrailə geri qayıdın!

Netanyahu danışıqlarda iştirak edənlərə çağırış etdi: İsrailə geri qayıdın!
Eye

İsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “The Times of Israel” hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

"Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk", - bəyanatda qeyd olunub.

Nəşr bildirib ki, bu qərar HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavab verməsindən sonra qəbul edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar